Təyyarə qəzası saatlarında Qroznı ətrafındakı vəziyyət mürəkkəb idi. Çünki Rusiya Federasiyası “Kovyor” planının həyata keçirilməsinə başlamışdı.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov məlumat yayıb.
“Kovyor” planı peşəkar aviasiya mühitində “bağlı hava” rejimi olaraq tanınır. Bu, havada olan bütün təyyarələrin, bəzi istisnalarla, dərhal eniş etməsi və ya bu rejimin tətbiq olunduğu zonadan çıxması tələbini bildirir.
Ekspertlər hesab edirlər ki, bu kimi açıqlamalarla Rusiya günahı öz üzərindən atmağa çalışır.\\Musavat.com