Rusiya tükənir, “böyük hücum” başa çatır…backend

Rusiya tükənir, “böyük hücum” başa çatır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayına qədər rusların Ukrayna qüvvələrini məğlub etmək və Donetsk bölgəsinin işğal olunmamış hissəsini ələ keçirmək üçün kifayət qədər döyüş gücü əldə etdiyinə dair heç bir sübut yoxdur.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Uzun müddətdir müzakirə edilən Rusiyanın böyük hücumu aprelin yağışlı mövsümündə və ya ondan əvvəl başa çatacaq. Rusiya ordusu ciddi əməliyyat uğurları əldə edə bilməyəcək”, – hesabatda qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələrinin tükənməsi Qərbin tank tədarükündən sonra Ukrayna ordusuna 2023-cü ilin yazın sonu və ya yayında əks-hücum əməliyyatı üçün əlverişli şərait yarada bilər.