Rusiya üç ölkəni “daxili işlərinə qarışmaqda” ittiham etdibackend

Rusiya üç ölkəni “daxili işlərinə qarışmaqda” ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi İngiltərə, ABŞ və Kanadaya “daxili işlərinə qarışdıqları” səbəbiylə etiraz notası verildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Bəyanatda Britaniya, ABŞ və Kanadanın Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murzanın 25 il həbs cəzası ilə bağlı “təxribatçı” bəyanatlar verərək “yalan” məlumat yaydığı bildirilib.

Bu açıqlamaların “qəbuledilməz” olduğu vurğulanıb.

Məhz bu səbəbdən Böyük Britaniyanın Moskvadakı səfiri Deborah Bronnert, ABŞ-ın Moskvadakı səfiri Lin Treysi və Kanadanın Moskvadakı səfiri Alison Le Klairenin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda bu cür hərəkətlərin “Rusiyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirildiyi və səfirlərə etiraz notalarının verildiyi qeyd edilib.

NOCOMMENT.AZ