Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna danışıqlarındakı fasiləyə görə Avropa İttifaqının (Aİ) hərbi isterikasını günahlandırıb.
NOCOMMENT.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalında bildirib.
“Biz görürük ki, Avropa İttifaqı sözün əsl mənasında hərbi isteriya vəziyyətindədir”, – Peskov qeyd edib.
Daha əvvəl jurnalist Pavel Zarubinə müsahibə verən prezidentin mətbuat katibi Lukoyl və Rusiyanın digər iri neft şirkətlərinə qarşı sanksiyaları şərh edib. Peskov yeni sanksiyaları Rusiyaya qarşı qeyri-dost addım adlandırıb.













