Rusiya: Ukrayna donanmasının son döyüş gəmisi məhv edildibackend

Rusiya: Ukrayna donanmasının son döyüş gəmisi məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukrayna donanmasının sonuncu döyüş gəmisinin Odessa limanında məhv edildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada Rusiya ordusunun Ukraynadakı həmlələri ilə bağlı məlumatlar yer alıb.

Açıqlamada Donetsk bölgəsində ən şiddətli qarşıdurmaların Avdeyevka bölgəsində yaşandığı, Rusiya ordusunun bölgəyə raket hücumları təşkil etdiyi və Ukrayna ordusunun Donetskdə Krasnoqorovka və Yasinovataya qəsəbələrindən geri çəkilməli olduğu qeyd edilib.

“Mayın 29-da Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus “Yuriy Olefirenko” adlı sonuncu döyüş gəmisi Rusiya Hərbi Hava Qüvvələrinin Odessa limanında hərbi gəmilərin estakadasına yüksək dəqiqlikli silahla hücumu nəticəsində məhv edilib.” deyə açıqlamada qeyd olunub.

NOCOMMENT.AZ