Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatı (PUA) ilə Krıma hücum cəhdinin qarşısı alındığını bildirib.
NOCOMMENT.az-ın xəbərinə görə nazirlikdən bildirilib ki, PUA Krım ərazisi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Nazirlikdən verilən yazılı açıqlamada bu gün yerli vaxtla saat 19.30 radələrində “Kiyevin Rusiya ərazisindəki obyektlərə PUA-larla hücuma cəhd etdiyi” bildirilib. Açıqlamada Ukraynanın hücum cəhdinin qarşısı alındığı, bir PUA-nın Krım ərazisi üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilib.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən qanunsuz olaraq Ukraynadan ilhaq edilib.