Rusiya: Ukrayna kilsə əmlakını mənimsəmək planı hazırlayırbackend

Rusiya: Ukrayna kilsə əmlakını mənimsəmək planı hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib ki, Ukrayna hakimiyyəti kanonik Ukrayna Pravoslav Kilsəsini məhv etmək və onun əmlakını ələ keçirmək məqsədilə “saxta-hüquqi mexanizm” yaradıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini TASS yayıb.

Diplomatın fikrincə, Kiyev hakimiyyəti milyonlarla mömin üçün əsas sayılan pravoslavlığa qarşı növbəti boğucu addım atır.

“Ukrayna hakimiyyəti onlar üçün nifrət doğuran pravoslav kilsəsini məhv etmək üçün saxta-hüquqi mexanizm uydurub”, – deyə Miroşnik vurğulayıb.

O əlavə edib ki, bu addımlar Kiyev rejiminin Qərbdəki himayədarları tərəfindən səssiz şəkildə dəstəklənir. Qeyd olunur ki, Miroşnikin bu bəyanatı Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin Kiyev Mitropoliyasının fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciəti fonunda verilib.