Rusiya-Ukrayna müharibəsi yaxın aylarda yekunlaşa bilərmi? – AÇIQLAMAbackend

Rusiya-Ukrayna müharibəsi yaxın aylarda yekunlaşa bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Döyüş meydanındakı vəziyyət ən geci 2025-ci ilə qədər Ukraynada müharibəyə son qoymaq üçün addımlar atılmasına imkan yaradır”. Bunu Ukrayna lideri Volodimir Zelenski Ukrayna-Cənub-Şərqi Avropa Sammitində deyib.  “Oktyabr, noyabr və dekabr aylarında hər şeyi sülhə və davamlı sabitliyə doğru aparmaq şansımız var”, – o bildirib.

 

Maraqlıdır, Rusiya-Ukrayna müharibəsi yaxın aylarda yekunlaşa bilərmi?

 

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, döyüş meydanındakı vəziyyəti nəzərə alaraq, Ukrayna üçün hər şeyin yaxın zamanda müsbət həll olunacağını söyləmək çətindir. Onun sözlərinə görə, hazırda Rusiya Donbasda işğal ərazisini genişləndirməkdə davam edir:

 

“Ukrayna ordusunun avqustun əvvəlində Rusiya ərazisinə müdaxiləsi müsbət qiymətləndirilsə də, bu hələ ki müharibənin gedişini Kiyevin xeyrinə dəyişməyib. Ukrayna ordusu müqavimətini davam etdirir, döyüş bölgəsində nə mümkündürsə edir. Ancaq ordunun işğal altındakı əraziləri yaxın aylarda geri qaytarmaq üçün daha çox canlı qüvvəyə və hərbi texnikaya ehtiyacı var. Rusiyanın müharibədə gündəlik itkiləri min nəfəri keçir, yüzlərlə hərbi texnikası da vurulur. Buna baxmayaraq, Rusiya ölənlərin yerinə yenilərini göndərir, hərbi texnikası da zavodlardan birbaşa cəbhə bölgəsinə gedir”.

 

Ekspert vurğulayıb ki, Ukrayna isə canlı qüvvə və hərbi texnika baxımından çətinliklərlə üzləşir: 

 

“Zelenskinin Ukrayna ilə bağlı ikinci Sülh Sammitinə olan ümidləri də özünü doğrultmaya bilər. İyunun 15-də İsveçrədə keçirilən birinci sammitin Ukrayna üçün böyük faydası olmadı. Qərb ölkələrində müharibədən yorğunluq özünü biruzə verir. Bu amil də Ukraynanın əleyhinə işləyir. Odur ki, Ukrayna istədiyi nəticəni sammitlərdə deyil, döyüş meydanında əks-həmlə ilə əldə edə bilər”.