Rusiya-Ukrayna müharibəsində GİZLİ SSENARİ – NATO ilə toqquşma… – SONLUQ NƏ OLACAQ?backend

Rusiya-Ukrayna müharibəsində GİZLİ SSENARİ – NATO ilə toqquşma… – SONLUQ NƏ OLACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı müharibə artıq üçüncü ildir davam edir. Uzun müddətdir nə Rusiya, nə də Ukrayna döyüş meydanında ciddi uğur əldə edə bilir.

Rusiya müntəzəm olaraq ağır hücumlar həyata keçirsə də, uğurla nəticələnmir. Ukrayna isə zaman-zaman Rusiya ərazisində, həmçinin işğal altındakı Krım yarımadasında xüsusi əməliyyat keçirir. Amma bu əməliyyatlar da müharibənin başa çatması üçün kifayət deyil.

Şərqi Avropadakı döyüşlər artıq Rusiya ilə Qərb arasında rəqabətə çevrilib. ABŞ və müttəfiqləri Ukraynadakı proseslərdə bilavasitə olmasa da, iştirak edirlər.

Bəs müharibənin sonluğu necə ola bilər?

Əziz Əlibəyli
Əziz Əlibəyli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Rusiya-Ukrayna müharibəsinin yekunlaşdırılması ilə bağlı bir sıra addımların atıldığını görürük:

“Görünən odur ki, 2026-cı ildə sülhə nail olmaq üçün bir tərəfin məğlubiyyəti istiqamətində ciddi zəmin hazırlanır. Əslində mən bu hücumun da Rusiya tərəfindən məqsədli şəkildə təşkil edildiyi qənaətindəyəm. Bu proses Rusiyanın Ukraynaya daha ağır zərbə endirməsi üçün şərait yaratmağa yönəlib. Təəssüf ki, son günlər ard-arda bir neçə Rusiya və Ukrayna şəhərinə edilən hücumlar da bu ehtimalları təsdiqləyir”.

“Bu qarşıdurmada nə Qərb, nə də Rusiya tam qalib ola biləcək. Qərb Rusiyanı sıxışdırmaqla onun təsir dairəsini məhdudlaşdırmağa, Moskva isə regionda öz dominantlığını qorumağa çalışır. Müharibənin necə bitəcəyi ilə bağlı müxtəlif ssenarilər olsa da, görünən odur ki, Qərb bu prosesdə getdikcə daha da fəallaşacaq. Bu isə birbaşa NATO-Rusiya toqquşması riskini artıracaq”, – ekspert yekunlaşdırıb.