Rusiya-Ukrayna müharibəsində həlak olan mülki vətəndaşların sayı açıqlandıbackend

Rusiya-Ukrayna müharibəsində həlak olan mülki vətəndaşların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı 24 fevral 2022-ci il və 21 may 2023-cü il tarixləri arasında baş verən müharibədə ölən mülki vətəndaşların sayını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamaya görə Ukraynada 8895 mülki şəxs həlak olub, 15117 mülki vətəndaş isə yaralanıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı mayın 21-nə Ukraynada və Rusiyanın nəzarətində olan ərazilərdə mülki itkilərin təfərrüatlarını açıqlayıb.

Yazılı açıqlamaya görə, Ukraynanın nəzarətində olan bölgələrdə 6 min 910 mülki vətəndaş həyatını itirib, 12 min 414 mülki şəxs isə yaralanıb.

Rusiyanın nəzarəti altında olan ərazilərdə 1985 dinc sakin həyatını itirib, 2703 mülki şəxs isə yaralanıb.

NOCOMMENT.AZ