Rusiya-Ukrayna müharibəsi zamanı ölən və yaralananların sayı bir milyona çatıb.
NOCOMMENT.az bu barədə “The Wall Street Journal”a istinadən xəbər verir.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrində ölən əsgərlərin sayı 80 min, yaralıların sayı isə 400 min nəfər olub.
Rusiya ordusunun itkiləri ilə bağlı məlumatlar isə fərqlidir. Bəzi hesablamalara görə, ölən əsgərlərin sayı 200 minə, yaralıların sayı isə 400 minə çatıb. Qeyd edilib ki, itkiləri hesablamaq çətindir.