Rusiya: Ukrayna Rostov vilayətinə raket zərbəsi endirdibackend

Rusiya: Ukrayna Rostov vilayətinə raket zərbəsi endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu həyata keçirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiyanın Ukrayna ilə sərhədə yaxın şəhərində baş verən partlayışla bağlı yazılı açıqlama verib.

“Kiyev rejimi Rostov vilayətindəki Taqanroq şəhərinin yaşayış infrastrukturunun hücum versiyasına çevrilən S-200 hava hücumundan müdafiə sisteminin raketi ilə terror hücumu həyata keçirib” deyə bəyanatda qeyd olunub.

Açıqlamada Rusiya hava hücumundan müdafiə sisteminin Ukrayna raketini aşkar edərək havada dayandırdığı və vurulan raketin hissələrinin Taqanroq ərazisinə düşdüyü bildirilib.

“Kiyev rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində bir çox binaya ziyan dəyib, mülki əhali zərər çəkib” deyə açıqlamada bildirilib.

NOCOMMENT.AZ