Rusiya: Ukrayna xüsusi xidmət orqanlarının üç əməkdaşı terror hazırlığında iştirak edibbackend

Rusiya: Ukrayna xüsusi xidmət orqanlarının üç əməkdaşı terror hazırlığında iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hüquq-mühafizə orqanları Krım Respublikasında hərbi qulluqçuya qarşı terror aktının hazırlanmasında iştirak edən bütün Ukrayna Təhlükəsizlik Xidməti (SBU) əməkdaşlarının şəxsiyyətlərini müəyyən edib.

NOCOMMENT.az xəbər verir ki bu barədə TASS məlumat yayıb və Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinad edib.

“Saxlanılan şəxs ilə aparılan sorğu və onun əlaqələrinin araşdırılması nəticəsində bu terror aktının hazırlanmasında bilavasitə iştirak edən konkret SBU əməkdaşlarını müəyyən etməyə imkan verən məlumatlar əldə olunub”, – deyə bəyanatda bildirilir.

Məlumata əsasən, ümumilikdə üç SBU əməkdaşının şəxsiyyəti müəyyən olunub. Bunlar baş leytenant İqor Kitaev, kapitan Aleksandr Osipenko və mayor Nazarı Sdırkodur.

Qurum həmçinin bildirib ki, Rusiyada mülki şəxslərə qarşı terror aktlarının hazırlanması ilə SBU-nun əks-kəşfiyyat departamenti məşğul olur.