Rusiya Ukraynada NATO-nun zirehli texnikasının zəif tərəflərini ifşa edibbackend

Rusiya Ukraynada NATO-nun zirehli texnikasının zəif tərəflərini ifşa edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya helikopterləri Ukraynaya tədarük edilən Qərb tanklarını məhv etməklə onların zəifliyini göstərib. Bu barədə Sky News-a hərbi ekspert Filip İnqram bildirib.

“Rusiyanın hücum helikopterlərindən və yaxşı planlaşdırılmış istehkamlardan istifadə etməsi Qərbin zirehli texnikasının zəifliyini göstərdi və Ukrayna Silahlı Qüvvələrinin əhəmiyyətli irəliləyiş əldə etməsinə mane oldu”, – ekspert bildirib.

O qeyd edib ki, Rusiya müdafiəsi Ukrayna Silahlı Qüvvələrinin (AFU) irəliləyişini gecikdirib və ləngitib.

İnqram həmçinin qeyd edib ki, Kiyevdə hava hücumundan müdafiə və minalardan təmizləmə maşınları, eləcə də aviasiya yoxdur.