Rusiya: Ukraynada uzaqmənzilli raketlərlə əhəmiyyətli miqdarda silah və sursat vurduqbackend

Rusiya: Ukraynada uzaqmənzilli raketlərlə əhəmiyyətli miqdarda silah və sursat vurduq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya ordusunun Ukraynadakı son əməliyyatları ilə bağlı açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, Konaşenkov  Ukraynada gecə saatlarında uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə həyata keçirdikləri hücumlarda Ukrayna ordusunun əhəmiyyətli miqdarda silah və sursat ehtiyatını vurduqlarını bildirib.

“Ukraynada müəyyən hədəflərə hücum etdiklərini qeyd edən Konaşenkov, “Bu gecə Rusiya Silahlı Qüvvələri dənizdən və havadan yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərlə qrup hücumları həyata keçirib. Hücumlar hədəfinə çatıb. Bütün müəyyən edilmiş obyektlər vuruldu. Hücumlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda silah-sursat ehtiyatı məhv edilib, ehtiyatda olan qoşunların münaqişə zonasında irəliləməsinin qarşısı alınıb.” deyə o qeyd edib.

NOCOMMENT.AZ