Ukrayna məsələsinin həlli ilə bağlı işlər bütün mümkün kanallarla aparılır və dayanmır, deyə Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib.
NOCOMMENT.az bildirir ki, bu barədə o, Lenta.ru-ya məlumat verib.
“Biz başa düşürük ki, bu, bir nömrəli məsələdir və bu mövzu bütün yerlərdə, indi də Çində qaldırılır. Bu, dayanmayıb. Başqa bir şey də odur ki, buna etiraz var. Biz Ankoricdə işlənib hazırlanmış təkliflərin olduğunu başa düşürük. ABŞ və Ukraynanın avropalı tərəfdaşlarının bu məsələnin həllinin sonrakı gedişi ilə bağlı öz baxışları var. Həm də müəyyən qədər güzəştə getmək cəhdi görürük. [ABŞ Prezidenti Donald] Trampın köməkçiləri və müşavirləri işləyirlər, bu proses davam edir, mənim buna şübhəm yoxdur”, – deyə deputat paylaşıb.
Bundan əvvəl Çepa qeyd etmişdi ki, Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanması üzrə işlərin nəticələri ilk növbədə Kiyevin Ankoricdə bağlanmış sazişlərə sabotajı dayandırıb-yaxmamasından asılı olacaq.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə təmaslardan sonra görüşə hazır olmadıqlarını bildirmişdi.