Rusiya: Ukraynadan gələn radioaktiv bulud Avropaya doğru irəliləyirbackend

Rusiya: Ukraynadan gələn radioaktiv bulud Avropaya doğru irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qərbin Ukraynaya verdiyi tükənmiş uran sursatlarının Ukraynada məhv edilməsindən sonra radioaktiv buludun meydana çıxdığını və Avropaya doğru irəlilədiyini iddia edib.

NOCOMMENT.az xəbər verir ki, Patruşev Qərbin ABŞ-ın təzyiqi ilə Ukraynaya tükənmiş uran sursatları verdiyini qeyd edib.

“Bu sursatın məhv edilməsi nəticəsində yaranan radioaktiv bulud Qərbi Avropaya doğru yönəlib. Artıq Polşada radiasiya dərəcəsi artıb” deyə o bildirib.

Patruşev həmçinin ABŞ-nin Ukrayna ərazisində kimyəvi və bioloji silahlar istehsal etdiyini bildirib.

Ötən həftə sonu Ukraynanın Xmelnitski şəhərində hərbi anbarda partlayış baş verib və sözügedən anbarda İngiltərədən göndərilən tükənmiş uran sursatlarının olduğu bildirilib.

Partlayışdan sonra şəhərdə radiasiya dərəcəsinin artdığı iddia edilsə də yerli rəsmilər bu iddiaları təkzib ediblər.

NOCOMMENT.AZ