Rusiya ukraynalı məhbusu Şimali Makedoniyaya ekstradisiya edibbackend

Rusiya ukraynalı məhbusu Şimali Makedoniyaya ekstradisiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi Skopyedə bankları qarət edən ukraynalı Vyaçeslav Şeremeti Makedoniyaya ekstradisiya edib. Bu barədə RİA Novosti Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

Volk bildirib ki, Şeremet külli miqdarda oğurluq və cinayətkar dəstədə iştirak ittihamı ilə axtarışa verilib. 2017-ci ildə ukraynalı dəstə üzvləri ilə birlikdə Skopyedəki bankın fərdi seyflərindən qızıl-zinət əşyaları, şəxsi əşyalar və ümumi məbləği 15 milyon rubl olan nağd pul götürüb. Oğurluqdan sonra o, ədalətdən qaçıb və beynəlxalq axtarışa verilib.

Qeyd olunur ki, Şeremet 2022-ci ilin dekabrında Domodedovo hava limanında saxlanılıb.