Rusiya Ukraynanın 2 hərbi katerini məhv etdibackend

Rusiya Ukraynanın 2 hərbi katerini məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya hərbçiləri Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki desant katerini və bir ZU-23-2 zenit silahını məhv edib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qoşun qruplaşmasının Xerson istiqamətindəki birləşmələrinin atəşə tutması nəticəsində ekipaj və hərbçilərlə birlikdə Ukraynaya məxsus iki desant kateri və bir zenit qurğusu məhv edilib”, – məlumatda deyilir.

Qeyd olunur ki, bu istiqamətdə Krınok ərazisində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin 24 silahlısını məhv ediblər.

Daha əvvəl bildirilmişdi ki, Xerson vilayətinin Ukrayna hakimiyyətinin nəzarətində olan hissəsində mühüm infrastruktur obyekti dağıdılıb.