Rusiya Ukraynanın 4 vilayətini tərkibinə qatmaq üçün referendum keçirirbackend

Rusiya Ukraynanın 4 vilayətini tərkibinə qatmaq üçün referendum keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk və Luqansk “xalq respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətlərinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendum başlayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, referendum 5 gün davam edəcək.

Seçkilərin ilk 4 günü səsvermə seçki məntəqələrində deyil, yaşayış yerlərində və vətəndaşların ziyarət edilməsi yolu ilə keçiriləcək. Həmin vilayətlərin sakinləri yalnız sentyabrın 27-si seçki məntəqələrində səs verə bilərlər. Səslərin sayılması da məhz həmin gün başlayacaq.