Rusiya: Ukraynanın açıqladığı qədər “Kinjal” raketlərini buraxmadıqbackend

Rusiya: Ukraynanın açıqladığı qədər “Kinjal” raketlərini buraxmadıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Rusiyanın 6 hipersəsli “Kinjal” raketinin vurulması ilə bağlı açıqlamalarının həqiqəti əks etdirmədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, o bu barədə Rusiya mətbuatına açıqlama verib.

Şoyqu yuxarıda qeyd olunan açıqlamaları təkzib edərək, “Hər dəfə vurduqlarını iddia etdikləri qədər Kinjal raketi buraxmadıq. Üstəlik, Ukraynanın zərərsizləşdirdiyini elan etdiyi raketlərin sayı bizim atdığımız raketlərin sayından 3 dəfə çoxdur. Bundan başqa Amerikanın müdafiə sistemlərini kimin idarə etdiyi ilə bağlı da suallar var”. ifadələrini səsləndirib.

Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəsli “Kinjal” raketi ilə vurduqlarını bildirib.

NOCOMMENT.AZ