Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladıbackend

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu Avdiivka istiqamətində 410-a qədər əsgər itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, döyüşlər Donetsk Xalq Respublikasının Umanskoye, Netailovo, Severnoye, Pervomaiskoye, Petrovskoye və Ocheretino yaşayış məntəqələri ərazilərində baş verib. Həmçinin Leninskoye və Novobaxmutovka yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin iki hücumu dəf edilib.

Ukrayna Silahlı Qüvvələri canlı qüvvə ilə yanaşı, bir tank, üç piyada döyüş maşını, dörd zirehli döyüş maşını, 20 texnika və bir D-30 haubitsasını itirib.