Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladıbackend

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vostok” hərbçiləri Cənubi Donetsk istiqamətində 110-dək ukraynalı hərbçini məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a qrupun mətbuat mərkəzinin rəhbəri Aleksandr Qordeyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri Urojaynı və Makarovka rayonlarında bombardmançı təyyarələrin, artilleriya atəşi və ağır alov sistemlərinin dəstəyi ilə əməliyyat keçirib.

“Ukrayna Milli Qvardiyasının 31-ci briqadasının və 128-ci ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikasının toplandığı yerlər vurulub”, – Qordeyev əlavə edib.

Düşmənin canlı qüvvəsindən əlavə, bir piyada döyüş maşını, bir zirehli transportyor, bir tank əleyhinə “Rapier” silahı, beş texnika və iki təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib.