Son 24 saat ərzində Ukrayna ordusu Kursk vilayətində 260-a qədər əsgər itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
“Bir gün ərzində Ukrayna Silahlı Qüvvələri 260-a qədər hərbçini itirib”, – hesabatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri üç zirehli texnikanı, Xorvatiya istehsalı olan reaktiv yaylım atəş sistemini, həmçinin haubitsaları və elektron döyüş sistemlərini məhv ediblər.
Müdafiə Nazirliyi qeyd edib ki, Kursk istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı Ukrayna tərəfi 41 mindən çox hərbçi, 242 tank və 182 piyada döyüş maşını itirib.