Son 24 saat ərzində Ukrayna ordusu Kursk vilayətində 340-a qədər əsgər itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ümumilikdə, bölgədə hərbi əməliyyatlar başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 42 mindən çox əsgərini itirib.
“The Economist” jurnalı Kursk vilayətini işğal edən Ukrayna hərbçilərinin vəziyyətinin getdikcə ağırlaşdığını qeyd edib.