Ukrayna Silahlı Qüvvələri (AFU) son 24 saat ərzində Kursk istiqamətində aparılan döyüş əməliyyatları zamanı 210-dan çox hərbçisini və iki “Stryker” zirehli transportyorunu itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 230-dan çox hərbçi, Bir tank, üç zirehli transportyor, o cümlədən ABŞ istehsalı olan iki “Stryker” zirehli transportyoru, iki döyüş zirehli texnikası, yeddi avtomobil, dörd artilleriya qurğusu və bir minaatan məhv edilib”,- nazirliyin bəyanatında deyilir.