Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladıbackend

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri bir sutka ərzində Kursk istiqamətində 510-dan çox hərbçisini itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri 510-dan çox hərbçini itirib”, – departamentin hesabatında deyilir.

Qeyd olunur ki, Ukraynanın xeyli sayda hərbi texnikası, həmçinin üç PUA-nın idarəetmə məntəqəsi, sursat anbarı və təchizat anbarı da məhv edilib.

Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı düşmən 62 040-dan çox yaraqlısını itirib.