Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini AÇIQLADIbackend

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kupyansk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (AFU) itkiləri 160-a qədər hərbçi, üç tank və iki pikap olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatla bağlı gündəlik hesabatında məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin itkiləri 160-a qədər hərbçi, ikisi “Leopard-2″ olmaqla üç tank və iki pikap olub”, – Rusiya Müdafiə Nazirliyi qeyd edib.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya qoşunlarının “Cənub” qruplaşmasının bölmələri artilleriyaçıların dəstəyi ilə Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ-hücum və 24-cü mexanikləşdirilmiş briqadalarının Donetsk istiqamətində xüsusi hərbi əməliyyat zonasında hücum qruplarının beş hücumunu dəf edib.