Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladıbackend

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 160-dan çox əsgərini və iki zirehli transportyorunu itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 24 saat ərzində doqquz zirehli texnika, üç artilleriya qurğusu, üç minaatan, bir elektron kəşfiyyat radar stansiyası, iki sursat anbarı, 12 pilotsuz uçuş aparatının idarəetmə məntəqəsi məhv edilib.

Bundan əlavə, 12 ukraynalı hərbçi təslim olub.

Qeyd olunur ki, Kursk vilayətində gedən bütün döyüşlər dövründə Ukrayna Silahlı Qüvvələri 64 695 əsgərini itirib.