Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini AÇIQLADIbackend

Rusiya Ukraynanın bu istiqamətindəki itkilərini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnolimansk istiqamətində Rusiya Silahlı Qüvvələrinin Mərkəz qrupunun bölmələri döyüş təyyarələri və artilleriya atəşinin dəstəyi ilə Ukrayna qoşunlarının 63-cü və 66-cı mexanikləşdirilmiş briqadalarının canlı qüvvəsi və texnikasının konsentrasiyasını məğlub edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Luqansk Xalq Respublikasının Çervonaya Dibrova kəndi ərazisində, eləcə də Serebryanski meşə təsərrüfatında toqquşmalar baş verib.

Rusiya qüvvələri Ukrayna Silahlı Qüvvələrinin 190-a qədər hərbçisini, həmçinin iki zirehli döyüş maşını və iki avtomobilini məhv edib.