Rusiya Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr endirdibackend

Rusiya Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin kritik infrastruktur obyektlərinə zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi bloqqer Boris Rojin özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, ölkənin hərbi qulluqçuları genişmiqyaslı hava əməliyyatı həyata keçiriblər.

“Rusiya ordusu hərbi-sənaye kompleksinin əsas obyektlərinə və silah anbarlarına ardıcıl zərbələr endirib”, – bəyanatda bildirilir.

Rojin əlavə edib ki, Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları “Qeran-2” vasitəsilə Kiyevdə iki kritik əhəmiyyətli müəssisəni vurub. Sözügedən obyektlər “Kiyev Radio Zavodu” və “Dövlət Kiyev Dizayn Bürosu ‘Artem’”dir.