Rusiya Ukraynanın müdafiəsini zəiflətmək üçün hərbi komissarlıqları məqsəd seçibbackend

Rusiya Ukraynanın müdafiəsini zəiflətmək üçün hərbi komissarlıqları məqsəd seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdən verilən açıqlamaya görə, Rusiya Ukraynaya qarşı hücum taktikasında dəyişiklik edib: Rusiya Silahlı Qüvvələri indi dəqiq zərbələrlə Ukraynanın hərbi komissarlıqlarını hədəfə alır ki, ölkənin müdafiə qabiliyyətini zəiflədəsin.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın The Washington Post qəzeti xəbər yayıb.

“Ukrayna hakimiyyəti Moskvanın hücumlarda təhlükəli dəyişiklik etdiyini bildirir — Rusiya indi ölkənin kifayət qədər ordu toplamağa imkan verən hərbi komissarlıqları hədəfləyir ki, döyüş meydanında üstün olan qüvvələrə qarşı müqavimət göstərilsin,” – deyə nəşr yazır.

Ukrayna rəsmilərinin məlumatına görə, iyulun ilk günlərində ölkənin müxtəlif şəhərlərində hərbi komissarlıqlara beş dəfə hücum edilib.

Ukrayna tərəfi hesab edir ki, Rusiya bu hücumlarla ölkədə səfərbərliyi pozmağa çalışır.