Rusiya Ukraynanın muzdlu əsgərlərinin yerləşdiyi məntəqəni vurubbackend

Rusiya Ukraynanın muzdlu əsgərlərinin yerləşdiyi məntəqəni vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri Odessadakı Bristol otelində yerləşən xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqəsinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İctimai Palatanın suverenlik məsələləri üzrə komissiyasının sədri və yeni regionların inteqrasiyası üzrə əlaqələndirmə şurasının həmsədri Vladimir Roqov məlumat verib.

Onun sözlərinə görə, hazırda düşmənin itkiləri dəqiqləşdirilir. Bununla belə, xeyli sayda yaraqlının yaralandığı barədə məlumat var.

Bundan əvvəl məlum olmuşdu ki, Rusiya hərbçiləri Zaporojjya cəbhə xəttindəki Kamenskoye kəndində Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf edib. Vladimir Roqov bunun nəticəsində Rusiya Silahlı Qüvvələrinin əsgərlərinin qəsəbənin mərkəzinə doğru irəlilədiyini vurğulayıb.