Rusiya Ukraynaya diplomatik münasibətləri bərpa etməyi təklif edibbackend

Rusiya Ukraynaya diplomatik münasibətləri bərpa etməyi təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda danışıqlar zamanı Ukrayna nümayəndə heyətinə təhvil verilən Rusiya memorandumu Moskva ilə Kiyev arasında diplomatik və iqtisadi əlaqələrin bərpasını təklif edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti sənədə istinadən məlumat yayıb.

“Yekun nizamlanmanın əsas parametrləri <…> Diplomatik və iqtisadi əlaqələrin (o cümlədən qaz tranziti), nəqliyyat və digər kommunikasiyaların, o cümlədən üçüncü ölkələrlə tədricən bərpası”, – sənəddə deyilir.

İyunun 2-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu keçirilib. Görüş rus dilində keçirilib və bir saatdan bir qədər çox davam edib. Tərəflər bir-birinin təklif etdiyi atəşkəs haqqında memorandumları müzakirə edib və əsirlərin mübadiləsi barədə razılığa gəliblər.