Rusiya Ukraynaya kömək etdibackend

Rusiya Ukraynaya kömək etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tambov vilayətində FSB Ukrayna xüsusi xidmət orqanlarında işləyən yerli sakini saxlayıb.

NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, həmin şəxs Telegram-da Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşüb. O, Rusiyada təxribat törətməkdə ona kömək etməyə razılaşıb. Bunun üçün saxlanılan şəxs gizləndiyi yerdən təxribatı uzaqdan idarə etmək üçün avadanlıq götürüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci (“Xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla konfidensial əsaslarla əməkdaşlıq”) maddəsi ilə cinayət işi açılıb.

Bundan əvvəl FSB əməkdaşları Ukrayna xüsusi xidmət orqanları ( SBU ) ilə əlaqə yaradan və onlara mühüm infrastruktur obyektləri haqqında məlumat ötürən Yaroslavl vilayətinin iki sakinini saxlayıblar.