Rusiya Ukraynaya raket atdı, Moldovaya DÜŞDÜbackend

Rusiya Ukraynaya raket atdı, Moldovaya DÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşüb.

NOCOMMENT.az bildirir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın səhər saatlarında Ukraynanı hədəf alan hücumlarında atdığı raketlərdən biri Moldova-Ukrayna sərhədindəki Naslavcea kəndinə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb, bir çox evin şüşələri sınıb.

Ukrayna rəsmiləri tərəfindən verilən açıqlamada Rusiyanın səhər saatlarında həyata keçirdiyi raket hücumlarının enerji obyektlərini hədəf aldığı və bu səbəbdən elektrik və suda kəsintilər yaşandığı bildirilib.

Qeyd edək ki, Rusiya səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə, həmçinin Vinnitsa vilayətinə, Dnepropetrovsk, Zaporojye və Lvova raket zərbələri endirib.

Sfera.az