Rusiya Ukraynaya yüzdən çox İsgəndər atıbbackend

Rusiya Ukraynaya yüzdən çox İsgəndər atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hərbi müdaxilə etdiyi gündən bəri Rusiya qoşunları ölkənin dinc əhalisinin yaşadığı şəhər və kəndlərə qurudan və dənizdən “İsgəndər” və “Kalibr” tipli 113 raket atıb.

NOCOMMENT yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının bəyanatında deyilir.

Onun sözlərinə görə, bu addımlar beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və Haaqa Tribunalında araşdırılmalıdır.