Müsbət Rusiya-Amerika dialoqu Yaxın Şərqdə sülhə töhfə verə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Abdel Hafiz Nofəl “Rusiya – İslam dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunun kuluarlarında deyib.
“Biz hesab edirik ki, Rusiya, Çin, Hindistan – BRİKS – yeni dünyadır. Onlar birlikdə təsir göstərə bilər. Eyni zamanda, Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması həm də İsrailin hücumunu dayandırmaq üçün fürsət ola bilər”, – diplomat bildirib.
Mayın 13-dən 18-dək Kazanda “Rusiya – İslam Dünyası: KazanForum” XVI Beynəlxalq İqtisadi Forumu keçirilir. 2025-ci ildə forumun əsas mövzusu “Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar”dır. 100-dən çox ölkədən nümayəndələr forumda iştirak edəcəklərini təsdiqləyiblər.
TASS tədbirin baş informasiya tərəfdaşıdır.