Rusiya ilə ABŞ arasında silahlı münaqişə mümkün deyil, çünki belə bir toqquşmanın riski çox böyük olardı.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə bildirib.
“Bu, təsəvvürə belə sığmır. Demək istəyirəm ki, Birləşmiş Ştatlarla Rusiya arasında müharibə — bu, heç vaxt şahidi olacağımız bir şey deyil. Söhbət dünyanın iki ən güclü ordusundan gedir, hər ikisi nüvə silahına malikdir və belə qarşıdurma çox ciddi təhlükə yaradar”, – deyə o bildirib.
Rubionun sözlərinə görə, “biz bu barədə düşünməməliyik belə, çünki bu, real görünmür”.