Rusiya və ABŞ danışıqları başa çatıbbackend

Rusiya və ABŞ danışıqları başa çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Rusiya və ABŞ arasında diplomatik missiyaların işinin normallaşdırılmasına dair danışıqlar başa çatıb (beş saat yarım davam etdi).

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS yazır.

Qeyd olunur ki, danışıqlar meydanını ilk olaraq Amerika nümayəndə heyəti tərk edib. Tərəflərin görüşü Rusiyanın İstanbuldakı Baş Konsulluğunda baş tutub. Bağlı qapılar arxasında keçirildi və heç bir press-reliz və ya rəsmi açıqlama verilmədən başa çatdı.

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev Moskva və Vaşinqton nümayəndə heyətləri arasında İstanbulda danışıqların hər iki tərəfə ABŞ-ın keçmiş lideri Co Bayden administrasiyasının “zəhərli miras”ından qurtulmasına kömək edəcəyini bildirmişdi . Diplomat ABŞ nümayəndələri ilə görüşdə Rusiya tərəfini təmsil edir.