Rusiya və ABŞ razılaşmalara əməl etməyib – Çavuşoğlubackend

Rusiya və ABŞ razılaşmalara əməl etməyib – Çavuşoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki il ərzində Suriyadan gələn terrorla əlaqəli 2000-dən çox hücum yaşamışıq və bu hücumlarda 500-dən çox adam həyatını itirib, mülki insanlar öldürülüb.

NOCOMMENT.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiya və ABŞ-la aramızda razılaşma var idi ki, terrorçuları bizim sərhədimizdən 30 km o tərəfə aparacaqlar. Amma bu sözlərini tutmadılar. Terrorçular bu gün də bizə hücum etməyə davam edirlər”, – Çavuşoğlu bildirib.