Rusiya və BƏƏ əməkdaşlıq memorandumu imzalayıblarbackend

Rusiya və BƏƏ əməkdaşlıq memorandumu imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Vergi Xidməti (FTS) və Birləşmiş Ərəb Əmirliklərinin Federal Vergi Orqanları (FTA) qurumlar arasında anlaşma və texniki əməkdaşlıq haqqında memorandum imzalayıblar.

NOCOMMENT.az bildirir ki, bu barədə FTS mətbuat xidməti xəbər verir.

“Rusiya Federal Vergi Xidmətinin rəhbəri Daniil Eqorov və BƏƏ Federal Vergi Xidmətinin rəhbəri Xalid Əli Əl Bustani BRİKS-in vergi administrasiyalarının rəhbərləri və ekspertlərinin Manausda keçirilən görüşü çərçivəsində vergi orqanları arasında anlaşma və texniki əməkdaşlıq memorandumu imzalayıblar”, – deyə məlumatda bildirilir.