Rusiya ilə Çin arasında qrup vizasız səyahət qaydalarının ilin sonuna kimi yumşaldılması planlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, TASS bu barədə sentyabrın 11-də Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin çoxtərəfli iqtisadi əməkdaşlıq və xüsusi layihələr departamentinin direktoru Nikita Kondratyevə istinadən məlumat yayıb.
“Biz artıq bütün dəyişiklikləri etdik. Onlar Rusiya tərəfinin bütün maraqlı idarələri tərəfindən təsdiqlənib. Təkliflərimizi çinli həmkarlarımıza çatdırdıq. Ümid edirik ki, bu ilin sonuna kimi imzalayacağıq”, – deyə Kondratiyev bildirib.
Gələcəkdə belə səfərlər üçün qrupdakı insanların sayı beşdən üçə endirilə bilər. Belə bir qərar verilərsə, ailələr vizasız mexanizmdən yararlana biləcəklər. Bundan əlavə, Rusiyada mümkün qalma müddətinin 21 günə qədər artırılması nəzərdə tutulur.