Rusiya və Çin gəmiləri birgə təlim keçiribbackend

Rusiya və Çin gəmiləri birgə təlim keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təlimlər çərçivəsində Rusiya və Çinin hərbi gəmiləri Sakit okeanda raket hücumunu dəf etmək üçün birgə məşq ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb.

“Sakit Okeanın şimal-qərb hissəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin və Çin Hərbi Dəniz Qüvvələrinin hərbi gəmiləri sualtı qayıqlara qarşı və hava hücumundan müdafiə təlimi zamanı praktiki atışlarla döyüş təlimləri həyata keçirib”, – məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya tərəfdən təlimlərə “Admiral Panteleev” və “Admiral Tributs” sualtı qayıq əleyhinə gəmilər cəlb olunub. Çin Xalq Azadlıq Ordusunun qüvvələrini Sinin və Vuxi esminesləri, Lin Yi freqatı və inteqrasiya olunmuş təchizat gəmisi Taihu təmsil edir.

Bundan əvvəl bildirilmişdi ki, Rusiya və Çin Sakit Okeanda sahil mühafizə gəmilərinin ilk birgə patrulunu həyata keçirib.