Rusiya və Çin terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirəcəkbackend

Rusiya və Çin terrorizmlə mübarizədə əməkdaşlığı davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Krokus Siti Holl”da törədilən terror aktından sonra Rusiya və Çinin terrorla mübarizə sahəsində əməkdaşlığı davam etdirəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin xarici işlər naziri Vanq Yi ilə görüşü zamanı deyib. 

Rusiyalı diplomat Çin tərəfinə terror aktı ilə bağlı başsağlığına və Rusiya Federasiyasının terrorizmlə mübarizəsinə verdiyi dəstəyə görə təşəkkür edib. Lavrov vurğulayıb ki, “Krokus”da baş verənlərdə əli olan hər kəs cəzalandırılacaq.

“Və bizim terrorla mübarizə sahəsində əməkdaşlığımız, o cümlədən çoxtərəfli institutlar çərçivəsində davam edəcək”, – Rusiya XİN rəhbəri bildirib.

Martın sonunda Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Çin terrorizmin heç bir formasını qəbul etmir və onun sabitliyini və təhlükəsizliyini qorumaq istəyində Rusiyanı dəstəkləyir.