NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 30-dan çox miqrant Finlandiya sərhədini keçmək cəhdinin uğursuzluğundan sonra Rusiyanın Torfyanovka keçid məntəqəsində ilişib qalıb. Bu barədə RBK məlumat yayıb.
Onların arasında Suriya, İraq, Pakistan, Misir və Somalidən olan qaçqınların da olduğu qeyd edilir. Dünən gecə onlar velosipedlə Finlandiyaya daxil olmağa çalışsalar da, Finlandiya sərhədçiləri onları içəri buraxmayıb.
Bildirilir ki, miqrantlar hazırda nəzarət məntəqəsinin ərazisindədirlər, Rusiya ərazisinə qayıtmaq üçün lazımi sənədləri tərtib edirlər.