Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Hindistanın Rusiyadakı səfiri Vinay Kumar arasında görüş keçirilib və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən TASS məlumat yayıb.
“Görüş zamanı tərəflər müdafiə sahəsində aktual ikitərəfli əməkdaşlıq məsələlərini ətraflı müzakirə edib, xüsusi imtiyazlı strateji tərəfdaşlıq ruhunda bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiqləyiblər”, — deyə məlumatda qeyd olunur.
Nazirlik əlavə edib ki, görüş Rusiya-Hindistan münasibətlərinə xas olan ənənəvi isti və dostluq şəraitində keçib.