Rusiya və İran Fələstin probleminin həlli perspektivlərini müzakirə ediblərbackend

Rusiya və İran Fələstin probleminin həlli perspektivlərini müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya diplomatik departamentinin bəyanatında deyilir ki, tərəflər Fələstin probleminin həlli perspektivlərini də müzakirə ediblər.

“Boqdanov dekabrın 20-də Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun altıncı sessiyasının nəticələri haqqında məlumat paylaşıb. Qəzza zolağındakı vəziyyətə və Fələstin probleminin həlli perspektivlərinə xüsusi diqqət yetirilib”, – məlumatda deyilir.