Rusiya və İran terror barədə bizə heç nə deməyəcəklərbackend

Rusiya və İran terror barədə bizə heç nə deməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və İran Amerikaya qarşı terror aktından xəbərdar olsalar, bizə heç vaxt deməyəcəklər”.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin Vircinya ştatının Senatdakı nümayəndəsi Tim Kaine Vaşinqtonun Moskvaya terror aktı ehtimalı ilə bağlı verdiyi xəbərdarlığa toxunaraq deyib:

“Diktator və demokratik dövlətlər arasındakı fərq ondadır ki, əgər Rusiya və İran hökumətləri ABŞ-də terror aktının olacağını bilsələr, heç vaxt bu haqda məlumat verməyəcəklər”.

ABŞ senatorunun sözlərinə görə, Kerman şəhərində törədilən terror aktı ilə bağlı İran hökumətinə də xəbərdarlıq edilmişdi.

“Mülki insanların həyatı bizi narahat edirsə, bunu ölkələrə deyəcəyik”, – deyə, Tim Kaine əlavə edib.