Rusiya və Livan erməniləri Qarabağda diversiya təlimində – FOTOFAKTbackend

Rusiya və Livan erməniləri Qarabağda diversiya təlimində – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında hərbi-idman və diversiya xarakterli təlimlərini davam etdirir.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Növbəti təlimlərdə Rusiya və Livandan gəlmiş könüllülər də qatılıb. Marat Aqacanyan adlı erməni könüllüsü təlimlərə Sankt-Peterburqdan gəldiyi, diversiya təlimlərində Livanın Beyrut şəhərindən gələn könüllülərin də qatıldığını deyib. Onlar birgə şəkil çəkərək sosial şəbəkədə yerləşdiriblər.

Xatırladaq ki, Vova Vardanov təlimlərə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçüləri cəlb edib.